İsgəndər Xəlilovun oğlunun Rusiyadakı ofisinə basqın edildi - FOTO

Rusiyada azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətində axtarışlar aparılır.

Jul 25, 2025 - 17:38
İsgəndər Xəlilovun oğlunun Rusiyadakı ofisinə basqın edildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, xüsusi təyinatlılar və müstəntiqlər bu gün səhər saatlarında şirkətin Lujnikidəki ofisinə basqın ediblər. Sənədləri müsadirə ediblər, həmçinin əməkdaşların işdən çıxmasına imkan verməyiblər.

Axtarışlarla bağlı digər detallar məlum deyil.

Qeyd edək ki, “Railgo” şirkəti neft məhsullarının daşınması ilə məşğul olur.

Fotoda İsgəndər Xəlilov

Fotoda Rəhman Xəlilov