Ismayıllıda toyda bəyi bıçaqlayan şəxsin ilkin ifadəsi

Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Talıstan kəndində keçirilən toy mərasimi zamanı qeydə alınıb.

Sep 29, 2025 - 10:43
Ismayıllıda toyda bəyi bıçaqlayan şəxsin ilkin ifadəsi

SAVASHMEDİA.az xəbər verir ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkəndlisinin toyunda iştirak edib.

O, daha sonra sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və məclisin keçirildiyi mağardan kənarda münaqişə yaşanıb.

Bu zaman bəy və digər şəxslər E.Babayevi sakitləşdirmək istəyib. Lakin Elşən bıçaqla bəy də daxil olmaqla 4 nəfərə xəsarət yetirib.

E.Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib.

Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.