İstanbuldakı danışıqlar günorta başlayacaq
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar nahardan sonra başlayacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəyi qeyd edib ki, hazırda görüşün vaxtı dəqiqləşdirilir.
Bundan öncə TASS mənbəyə istinadən danışıqların səhər saat 10:00-da başlayacağını bildirmişdi.
Heyətlərin görüş Türkiyə prezidentinin Dolmabaxça sarayındakı ofisində baş tutacaq.
Xatırladaq ki, 2022-ci ilin martında da iki ölkə arasında danışıqlar həmin sarayda aparılmışdı.
“France-Presse” yüksək vəzifəli mənbəyə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski yalnız türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya tərəfi ilə danışıqlarda sonrakı addımlar barədə qərar verəcək.
Türkiyə prezidentinin cədvəlinə əsasən, liderlərin görüşü saat 13:00-da Ankaradakı prezident sarayında gözlənilir.
Xatirə SADIQ