"İti döyüldüyünə görə silaha əl atıb" - Sabiq icra başçısının oğlu it boğuşdururmuş

Bu gün Yevlaxın İsmayılabad kəndində baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.

Jan 16, 2026 - 17:16
"İti döyüldüyünə görə silaha əl atıb" - Sabiq icra başçısının oğlu it boğuşdururmuş

SAVASHMEDİA.az xəbər verir ki, rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov tanışı Qoşqar Novruzovu “Vinçester” markalı silahdan atəş açaraq yaralayıb.

Xatırladaq ki, bir qədər əvvəl mediada insidentin səbəbi kimi 1980-ci il təvəllüdlü Qoşqar Novruzova məxsus mal-qaranın 1987-cı il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə girməsi göstərilmişdi. 

Amma musavat.com hadisənin başvermə səbəbi ilə bağlı yeni məlumatlar əldə edib. 

Belə ki, 39 yaşlı Zaur Səmədov İsmayılabad kəndi ərazisinə it döyüşdürməyə gəlib. Döyüş Zaur Səmədovun itinin uduzması ilə nəticələnib. Bundan qəzəblənən Zaur Səmədov digər itin 46 yaşlı sahibinə odlu silahdan atəş açmaqla əsəbini sakitləşdirməyə çalışıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Zaur Səmədov polis tərəfindən saxlanılıb.

Səlcuq