Körpəsini aeroportun tualetinə atıb qaçan rus imiş – İki nəfər saxlanıldı

Antalya hava limanında yeni doğulmuş körpəsini əlillər üçün tualetə qoyan Rusiya vətəndaşı saxlanılıb.

Oct 14, 2024 - 19:07
Körpəsini aeroportun tualetinə atıb qaçan rus imiş – İki nəfər saxlanıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. 

Məlumatda deyilir ki, hadisə oktyabrın 13-ü axşam saatlarında baş verib. Rusiya vətəndaşı Moskvaya uçmaqdan əvvəl rəfiqəsi ilə birlikdə əlillərin tualetinə girib. Onlar körpəni tualetdə qoyduqdan sonra pasport nəzarətindən keçiblər. 

Lakin 12 dəqiqə sonra yeni doğulan körpəni hava limanının xadiməsi aşkar edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları iki Rusiya vətəndaşı yola düşməkdən əvvəl saxlaya biliblər. 

Hadisədən sonra Rusiyanın Antalyadakı Baş konsulluğu iki rusiyalının saxlanıldığını təsdiqləyib. Bildirilib ki, diplomatlar yeni doğulan körpənin anası ilə əlaqə saxlayırlar.

Xatirə SADİQ