Lukaşenko gələcək varisindən danışdı - "Mənim oğullarım..."
Belarus prezidenti Aleksandr Lukaşenko səsvermə başa çatdıqdan sonra keçirdiyi mətbuat konfransında gələcək varisinin kimliyi ilə bağlı suala aydınlıq gətirib.
SAVASHMEDİA.az BelTA-ya istinadla xəbər verir ki, o, oğullarından heç birini varis kimi hazırlamadığını deyib:
"Mən bu varisi axtarmıram. Gələcəkdə Belarusun dövlət başçısı indiki qubernatorlardan, nazirlərdən, parlament palatalarının rəhbərlərindən və yüksək vəzifəli şəxslərdən biri olacaq. Mənim oğullarım isə prezident postunu tutmağı planlaşdırmır".
Oğuz