Laricanı Müctəbaya etiraz edib, SEPAH Xameneini zorla seçdirib - Möhsün Heydari DANIŞDI
“İranın bəzi ruhani liderlərinin Müctəba Xameneinin Ali Rəhbər seçildiyi Ekspertlər Şurasının iclasından xəbərləri olmayıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Şura üzvü Ayətulla Möhsün Heydari bildirib.
Heydari qeyd edib ki, Qum şəhərində olmalarına baxmayaraq, Şuranın bəzi üzvlərinə iclas barədə məlumat verilməyib. Buna görə də onlar səsverməyə qatıla bilməyiblər:
“Seçkidə 88 üzvün üçdə ikisindən çoxu iştirak edib. Bu da kvorum üçün minimum saydır. Müctəba Xamenei səslərin təxminən 85%-ni alıb”.
Müxalifət mənbələrinə görə isə proses İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi ilə müşayiət olunub. Seçkidə şəffaflıq olmayıb. Bəzi Şura üzvləri də hakimiyyətin irsi ötürülməsinə qarşı çıxıblar.
Məlumata görə, Əli Xameneinin seçilməsinə qarşı çıxanlardan biri də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani olub. O, qardaşı Sadiq Laricaninin Ali Rəhbər olmaq uğrunda mübarizəsini dəstəkləyib. Lakin SEPAH-ın təzyiqi ilə Müctəba Xamenei Ali Rəhbər təyin edildikdən sonra Əli Laricani üzvləri onun ətrafında birləşməyə çağırıb.
Xatırladaq ki, İranın mərhum Ali Rəhbəri Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin başlatdıqları birgə hərbi əməliyyatlar nəticəsində həlak olub. ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali Rəhbərinin seçilməsində özünün də iştirak etməli olduğunu açıqlayıb.
O bildirib ki, ABŞ Müctəba Xameneinin Ali Rəhbər olmasını qəbul etməyəcək. Çünki o atasının siyasətini davam etdirəcək. Bu da ABŞ ilə İran arasında 5 il sonra yeni qarşıdurmaya səbəb olacaq.
Banu