Leninin məşhur komasına od vuruldu
Rusiyanın Sankt-Peterburq vilayətinin Sestroretsk şəhərində Leninin koması yandırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
“Komaya həqiqətən gecə od vurulub. İndi biz bunu araşdırırıq”, - deyə muzeyin direktoru Natalya Kovalenko vurğulayıb.
“V.I. Leninin koması” muzeyindən bildirilib ki, muzeyin ərazisində yerləşən saman koma yanıb. Bu, Vladimir Lenin və Qriqori Zinovyevin 1917-ci ilin yayında Müvəqqəti Hökumətin qəbul etdiyi həbs orderindən gizləndikləri komanın surətidir.
Onun yaxınlığında 1928-ci ildə tikilmiş “Koma” daş abidəsi də var. Muzeydən bildirilib ki, həmin daş abidəyə toxunulmayıb.
Xatirə SADİQ