"Lukaşenko məndən üzr istədi, dedi ki, hamısı Putinin işləridir" – Zelenskidən ŞOK AÇIQLAMA
Belarus prezidenti Aleksandr Lukaşenkonun müharibənin ilk günlərində Rusiya raketlərinin Belarus ərazisindən Ukraynaya hücumuna görə Zelenskidən üzr istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski amerikalı podkaster Leks Frdmana müsahibəsində deyib.
Zelenski müharibənin ikinci və ya üçüncü günü Lukaşenko ilə telefon danışığını xatırladıb:
"Müharibənin ilk günlərində mən Lukaşenko ilə telefonla danışdım və o, üzr istədi. O, dedi: “Bu, mən deyiləm. Mənim ərazimdən raketlər buraxılıb və onları Putin buraxıb”. Bu, onun sözləridir, şahidlərim var. O deyirdi: “Üzr istəyirəm. Sən inan Volodya, bu, mən deyiləm. Mən nəzarət etmirəm, sadəcə raketlərdir, bu, Putindir”.
Zelenski bildirib ki, həmin söhbət zamanı Lukaşenkonu da qatıl adlandırıb: “Mən ona dedim: “Sən də qatilsən və mən də bunu sadəcə sənə deyirəm”. O, isə mənə dedi: “Başa düş, ruslarla döyüşmək olmaz”. Mən ona dedim: “Biz heç vaxt döyüşməmişik. Raketlər sənin torpağından, Belarusdan gəldi. Sən necə yol verdin?”.
Ukrayna prezidenti diqqətə çatdırıb ki, Lukaşenko cavabında ona Mozırskdakı neft emalı zavodunu vurmağı təklif edib. “O, dedi: “Yaxşı, cavab ver”. Mən indiyədək xatırlayıram, o, mənə dedi: “Neft emalı zavodunu vur. Sən axı bilirsən ki, o mənim üçün nə qədər önəmlidir. Mozırski zavodu. Mən ona deyirəm: “Sən nədən danışırsan? Hansı cavab”.
Xatirə SADİQ