Maduro və həyat yoldaşı Bakı bulvarında - 6 ilin VİDEOSU
Gecə ikən yatağından oğurlanaraq ABŞ-yə aparılan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı 6 il öncə Bakıda səfərdə olublar.
SAVASHMEDİA.az xatırladır ki, cütlük 2019-cu il oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gəlmişdi.
Elə həmin vaxt Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Bakının Dənizkənarı Milli Parkını gəzməyə də vaxt tapmışdılar.
Bu barədə Maduro özü “İnstagram” səhifəsində video paylaşmış və Bakı ilə bağlı təəssüratlarını bölüşmüşdü.
O, sammitin uğurla keçdiyini və Venesuelaya qayıdaraq yeni qələbələr uğrunda çalışmağa hazır olduğunu bəyan etmişdi.
Aytən
Venesuela Prezidentinin həyat yoldaşı ilə birlikdə Bakı bulvarında gəzintisinin video görüntülərini təqdim edirik.