Mask Trampla görüşə gözünün altı göyərmiş halda gəldi - "O vurdu"

Siyasətdən gedəcəyini açıqlayan İlon Mask ötən gün Oval ofisdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

May 31, 2025 - 15:15
Mask Trampla görüşə gözünün altı göyərmiş halda gəldi - "O vurdu"

SAVASHMEDİA.az xəbər verir ki, vida toplantısına gözünün altı göy halda qatılan Maskın bu durumu diqqət çəkib. 

Jurnalistlərin “gözünüzə nə olub?” sualına Mask belə cavab verib:

“Oğlum X-lə zarafatlaşırdıq.Ona "üzümə yumruq vur" dedim, o da vurdu. Bilirəm inanılmazdır, amma deməli, 5 yaşında uşaq belə yumruq atanda nəticə belə ola bilərmiş. Həmin anda heç nə hiss etmədim, ancaq sonradan göyərdi”.

Jurnalistlər Trampdan da Maskın gözünə nə olduğunu soruşublar. Trampın cavabı isə qəribə olub:

“Bilmirəm, fikir verməmişəm, amma X edə bilər. Siz X-i tanısaydınız, nə dediyimi başa düşərdiniz”.
Xatırladaq ki, Mask işlə bağlı Ağ Evdə qaldığı müddətdə X də atasının yanında olub. Mask onu Trampla toplantılara da aparıb. Hətta X-in toplantı zamanı çıxış edərkən Trampı “ağzını yum, sən prezident deyilsən” deyərək təhqir etdiyi görüntülər də yayılıb.

Banu