Məhbuslara bu heyvanı saxlamaq icazəsi verildi

Rusiyada məhbuslara həbsxanalarda pişik saxlamağa icazə verilə bilər.

Jan 22, 2025 - 12:40
Məhbuslara bu heyvanı saxlamaq icazəsi verildi

Bu barədə "Mash"a istinadən xəbər verir.

Məlumata görə, bu ev heyvanları rəhbərliyin icazəsi ilə Rusiyanın Yekaterinburq və Omskdakı islah koloniyalarında hələlik təcrübə kimi saxlanılır.

Təşəbbüskarlar hesab edirlər ki, heyvanlar məhbusun psixoloji durumuna faydalı təsir göstərir. Məhz pişik balaları və pişiklər aqressivliyin səviyyəsini azaldır, ünsiyyət bacarıqlarının, empatiyanın inkişafına kömək edir. Gələcəkdə bu, relaps (insanın keçmişdə keçirdiyi bir xəstəlikdən yenidən təsirlənməsi) ehtimalının azaldılmasında da əks oluna bilər.

Qeyd edək ki, bu, İsraildə təcrübədən keçib və olduqca faydalı hesab olunur. (publika)