Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi

Jurnalistlər - Əvəz Zeynallı və Elnur Şükürovun kassasiya şikayətinə baxılıb.

Dec 18, 2024 - 13:36
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi

SAVASHMEDİA.az-ın məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda əvvəlki instansiyanın qərarı dəyişdirilib.

Yekun qərarla Əvəz Zeynallının 9 illik həbs cəzası 2 ay, Elnur Şükürovun 4 illik həbs cəzası 1 il azaldılıb.

Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi.

İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Elnur Şükürov da Əvəz Zeynallı ilə birgə mühakimə edilib. O da rüşvət almaqda və dələduzluqda təqsirləndirilir.