Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi - SƏBƏB

Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.

Sep 8, 2026 - 07:29
Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib.