Məşhur türk aktyor 15 milyon borc götürüb aradan çıxdı, arvadı... – FOTOLAR
Türkiyənin məşhur aktyoru Ceyhun Mengiroğlu dələduzluq iddiaları ilə gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, aktyor fərqli banklardan toplam 5 milyon lirə kredit götürüb, kredit kartlarından isə 1,5 milyon lirə xərcləyib. O həmçinin investisiya qoymaq adı altında kinematoqrafiya səhəsindəki şəxslərdən 10 milyon lirə borc alıb. Həmin gündən C. Mengiroğluya zəng çatmayıb.
Aktyorun topladığı pulları da götürüb həyat yoldaşı Sena Mengiroğlu ilə birgə Baliyə qaçdığı bildirilib.
Mengiroğlu ilə əlaqə saxlaya bilməyən kreditorlar aktyorun həyat yoldaşına zəng ediblər. Sena Mengiroğlu isə “Ceyhunla ayrılmışıq, harada olduğunu bilmirəm. Etdiklərinə görə mən cavabdeh deyiləm. Məni bir daha narahat etməyin” cavabını verib. Lakin Sena Mengiroğlunun Bali tətilindən aktyorla romantik şəkillər paylaşması diqqətlərdən yayınmayıb.
Qeyd edək ki, Ceyhun Mengiroğlu “Rüya,” “İkimizin Sırrı,” “Adı Mutluluk” ve “Aşk Taktikleri”, “Maria ile Mustafa”, “Payitaht Abdülhamid”, “Paramparça”, “Adı Mutluluk”, “Yasak Elma” kimi məşhur seriallarda rol alıb.
Banu