Məşhur türk müğənni pilləkəndən yıxıldı - Vəziyyəti ağırdır + FOTO
Günlər əvvəl iltihab səbəbindən xəstəxanaya yerləşdirilən türkiyəli ifaçı İrem Derici yenidən xəstəxanalıq olub.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur müğənni bu dəfə pilləkənlərdən yıxılaraq huşunu itirib.
Acıbadem xəstəxanasına aparılan Dericinin başına 10 tikiş atılıb.
Vəziyyəti yaxşı olmayan müğənninin sosial media hesabından edilən paylaşımda Çeşme və Kipr konsertlərinin ləğv olunduğu barədə məlumat paylaşılıb.
Qeyd edək ki, İ. Derici nişanlısı Melih Kunukçu ilə toy hazırlıqlarına başlamışdı. Bir neçə gün əvvəl qulaq və boğaz iltihabı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi üçün toy hazırlıqları yarımçıq qalmışdı.
Banu
Fotolarda İrem Derici