Meyxanaçı Vahid Qədim Ukraynada əsir götürülüb? - Rusiya tərəfindən döyüşürmüş
Tanınmış meyxanaçı Vahid Qədim itkin düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, əslən azərbaycanlı, meyxanaçı kimi tanınan Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.
“Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib", - o əlavə edib.
Sosial şəbəkələrdə yayılan və hələlik təsdiqlənməyən digər iddiada isə Vahid Qədimin Ukrayna hərbçiləri tərəfindən əsir götürüldüyü bildirilir.
Oğuz