MI5-in ilk qadın direktoru vəfat etdi

Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin ilk qadın baş direktoru Stella Riminqton avqustun 3-də ömrünün 90-cı ilində dünyasını dəyişib.

Aug 5, 2025 - 15:03
MI5-in ilk qadın direktoru vəfat etdi

SAVASHMEDİA.az bu barədə BBC-yə istinadən xəbər verir.

Rimiqton 1992–1996-cı illərdə Mİ5-ə rəhbərlik edib və Ceyms Bond filmlərində Cudi Denç obrazının prototipi olub.

“Onun rəhbərliyi ölkəmizin təhlükəsizliyini qoruyan MI5-in işində açıqlığın və şəffaflığın yeni erasının başlanğıcı oldu və bu miras bu gün də actual olaraq qalır”, - deyə MI5-in hazırkı direktoru Ken Makkallum Riminqtonun ölümünü şərh edib. 

Riminqton həm də MI5-in ictimaiyyətə adını açıqladığı ilk rəhbəri olub. Qəzetdə onun evinin fotoşəkili dərc ediləndə Riminqton və ailəsi təhlükəsizlik məqsədilə gizli yerə köçməli oldu. “Mahiyyət etibarilə məxfi yerə getdik”, -deyə o, xatırlatmışdı.

1999-cu ildə BBC-yə verdiyi müsahibədə Riminqton onun adının açıqlanması qərarını tam bəyəndiyini söyləmişdi. Lakin o, təyinatının bu qədər çox diqqəti cəlb edəcəyini və medianın marağının bu qədər böyük olacağını güman etməmişdi. 

Stella Riminqton 1969-cu ildən MI5-in ştatlı əməkdaşı olub və 1996-cı ildə təqaüdə çıxıb.

Xatirə SADİQ