Miqrantlar rus dilini dilməyən övladlarına görə cəzalandırılacaq - Rusiyada yeni qayda
Rusiyada yaşayan miqrantlar üçün yeni cərimələr hazırlanır.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Rusiya Federasiyası Təhsil Nazirliyi hökumətə yeni təkliflər paketi təqdim edib.
Təklif qəbul olunacağı təqdirdə rus dili imtahanından kəsilən yetkinlik yaşına çatmamış miqrant uşaqlarının valideynləri inzibati məsuliyyətə cəlb ediləcək.
Belə ki, övladları rus dili imtahanından keçə bilməyən və məktəbə qəbul olunmayan miqrant ailələri buna görə qanun qarşısında cavab verməli olacaqlar. Onları övladlarının təhsili ilə bağlı öhdəliklərini yerinə yetirmədiklərinə görə cəza gözləyir.
Yağmur