Moskvanın "Spartak" klubu Qurban Qurbanovu istəyir  

Qurban Qurbanov Rusiyanın bir tanınmış media qurumu tərəfindən ölkənin tanınmış klubunun baş məşqçi vəzifəsinə namizəd kimi göstərilib.

Aug 11, 2025 - 12:28
Moskvanın "Spartak" klubu Qurban Qurbanovu istəyir  

Bu haqda “Sport den za dnem” nəşrinin yazısında qeyd olunub. Söhbət Moskvanın “Spartak” komandasından gedir.

Həmçinin bir neçə başqa əcnəbi mütəxəssisin də adı çəkilib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova gəlincə, yazıda bildirilib:

“Qurban Qurbanov ən gözlənilməz, amma maraqlı variantdir: əcnəbi məşqçi olsa da, rus dilini bilir və postsovet məkanında işləmək təcrübəsinə sahibdir. 1999–2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” komandalarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolu kəsişməyib. Bununla belə, o, “Qarabağ”da rusiyalı futbolçular, o cümlədən milli komandanın qapıçısı Andrey Lunyovu çalışdırıb və bu klubla avrokuboklarda uğurla çıxış edib. Son vaxtlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə hər şey qaydasında olmasa da, məlumdur ki, idman siyasətdən kənardır”. (qol.az)