“Moskvaya boşboğaz söhbətlər sərf etmir” - Lavrov

“Rusiya Donald Trampın administrasiyası ilə, o cümlədən onun gələcək xüsusi nümayəndəsi Kit Kelloqla Ukrayna barədə məsləhətləşmələrə hazırdır”.

Dec 26, 2024 - 15:56
“Moskvaya boşboğaz söhbətlər sərf etmir” - Lavrov

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkəsi Tramp komandasının münaqişənin ilkin səbəblərini araşdıracağına ümid edir.

Nazirin sözlərinə görə, atəşkəs “heç bir yerə aparan yoldur” və Moskvaya “boşboğaz söhbətlərlə” sərf etmir. 

O, qeyd edib ki, Rusiyaya ölkənin təhlükəsizliyinin təmin edilməsi, xüsusən də NATO-nun Şərqə doğru genişlənməməsi şərtlərini müəyyən edəcək hüquqi razılaşmalar lazımdır: “Bunlar ilkin şərtlər deyil, əvvəllər razılaşdırılanların yerinə yetirilməsi tələbidir”.

Nazir əlavə edib ki, Rusiya mahiyyəti olacağı təqdirdə danışıqlara hazırdır.

Kelloqun 2014 – 2015-ci illərdə imzalanmış Minsk razılaşmalarının Rusiya ilə Ukrayna arasında münaqişənin həlli cəhdi olduğuna dair spzlərini şərh edən Lavrov deyib ki, bu, cəhd deyil, BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi plan idi. 

Nazir Trampın nümayəndəsinə “bunu daha dərindən araşdırmağı” tövsiyə edib.

Xatırladaq ki, bu yazınlarda Lavrov bildirmişdi ki, Rusiyanın Trampın dövründə Moskva ilə Kiyev arasında danışıqların başlaması ilə bağlı heç bir illüziyası yoxdur.

Xatirə SADİQ