Moskvaya enən təyyarədəki müəmmalı qonaq kimdir? - Sirli səfər

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun təyyarəsinin Moskvanın Vnukovo hava limanına endiyi iddia edilir.

Feb 11, 2025 - 14:16
Moskvaya enən təyyarədəki müəmmalı qonaq kimdir? - Sirli səfər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiyanın sosial şəbəkələrində məlumat yayılıb.

Söhbət “Gulfstream G650ER” biznes-jetindən gedir. Onun səhər saat 10-da Rusiya paytaxtının hava limanına endiyi güman edilir.

Məlumatı daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edib. O, qeyd edib ki, Moskva və Vaşinqton arasında ikitərəfli təmasların intensivləşməsi ilə bağlı əvvəllər qeyd olunan fakta baxmayaraq, Kremldə nəzərdə tutulan səfər barədə məlumat yoxdur.

Bundan əvvəl ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyində olub. Rusiya Xarici İşlər Nazirliyinə səfərin səbəbləri barədə hələlik məlumat verilmir. Əlavə olaraq bildirilir ki, vəziyyətin təfərrüatları gələcəkdə açıqlanacaq.

Oğuz