"Müctəba süni tənəffüs aparatına qoşulub, ağırdır" - Karamidən AÇIQLAMA

"Müctəba Xamenei Tehrannın Sina xəstəxanasına yerləşdirilib".

Mar 11, 2026 - 00:40
"Müctəba süni tənəffüs aparatına qoşulub, ağırdır" - Karamidən AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə İran dövlət televiziyası və radiosunun keçmiş aparıcısı Ehsan Karami çıxış edib.

Karami iddia edir ki, M. Xameneinin vəziyyəti ağırdır:

"Müctəba Xamenei mədəsindən və ayağından ağır yaralanıb. O, hazırda süni tənəffüs aparatına qoşulub. Müharibənin başladığını, ailəsinin bombardmanda öldüyünü, lider olduğunu belə bilmir”.

O bildirib ki, M.Xameneini həkimlər Zəfərqəndi və Mərəşi (Haşimi-Rəfsəncaninin qayını, Behişti Universitetinin cərrahiyyə şöbəsinin müdiri) birlikdə əməliyyat ediblər.

Karamı qeyd edib ki, Pezeşkianın da Müctəba Xameninin durumundan xəbəri var:

“Pezeşkianın iki gün öncə Zəfərqəndinin yanında olmasının səbəbi də Müctəbanı ziyarət etmək olub”.

Onun yazdığına görə hazırda Sina xəstəxanasında sərt təhlükəsizlik tədbirləri alınıb və yalnız bir neçə nəfərin Müctəba Xameneinin yatdığı reanimasiya şöbəsinə daxil olmasına icazə verilir".

Qeyd edək ki, Müctəba Xamenei martın 8-də İranın Ali Rəhbəri seçilib. Martın 9-da onun Ali Rəhbər kimi xalqa müraciət etdiyi video yayılıb. Martın 10-da isə Xameneinin İsrail və ABŞ-nin birgə hücumları nəticəsində yaralandığı ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərin yayılmasına səbəb İran Dövlət Televiziyasının onu “canbaz” adlandırmasıdır. Bu termin İran İslam Respublikasında tez-tez ağır xəsarət alan və ya həyati təhlükə yaradan vəziyyətlərdən sağ çıxan müharibə veteranlarını təsvir etmək üçün istifadə olunur.

Banu