Müdafiə Nazirliyi həlak olmuş hərbçilərin ADLARINI AÇIQLADI
Müdafiə Nazirliyi (MN) Tovuzda yol-nəqliyyat hadisəsində ölənlərdən beşinin hərbçi olduğunu açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.
Faktla bağlı araşdırma aparılır.