Müdafiə Nazirliyinin mayoru saxlanıldı - RÜŞVƏT

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi İlham Haqverdiyev saxlanılıb.

Oct 16, 2025 - 17:43
Müdafiə Nazirliyinin mayoru saxlanıldı - RÜŞVƏT

SAVASHMEDİA.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Onun rüşvət ittihamı ilə saxlanıldığı bildirilib. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.