Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - VİDEO

Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov bu gün 15 sutka həbs cəzası alıb. 

Feb 23, 2026 - 22:18
Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.

Bu açıqlama sosial şəbəkələrdə Müşfiq Abbasovun son paylaşım və açıqlamalarını gündəmə gətirib.

M.Abbasovun səhifəsində son görüntülü açıqlaması 2 gün öncəyə aiddir. Musavat TV-yə müsahibəsində Azərbaycan cəmiyyətində müstəntiq, prokuror, hakim haqda “ədalətsiz” düşüncəsinin yaranmasının səbəblərinə toxunub. Qeyd edib ki, ədalətli hakim obrazını azərbaycanlılar ABŞ-dakı yaşlı hakimin qərarlardan əxz edirlər, çünki sosial şəbəkədə o çıxır qarşılarına. Azərbaycanda da ədalətli hakimlər, öz peşəsinə sədaqətli prokurorların olmasına diqqət çəkən M.Abbasov onların təbliğatının olmamasını da vurğulayıb.

Daha sonra isə istintaq zamanı iki tərəfin olduğunu, bütün qərarların bir tərəf üçün ədalətli, digər tərəf üçün ədalətsiz olduğu qənaəti yarandığını bildirir və buna görə də hakimlər, müstəntiqlər haqda yanlış rəy formalaşdığını bildirir.

Qeyd edək ki, M.Abbasovun bu açıqlamasında hansısa qanunları pozduğu təxmin edilmir. (Bakupost)