Rusiya Özbəkistan prezidentinin təyyarəsini vura bilərmiş - Nə baş verib?

20 fevralda Rusiyaya Murmansk istiqamətindən daxil olan və Qazaxıstan sərhədini keçən təyyarənin əslində Özbəkistan Prezidenti Şövkət Mirziyayevə məxsus olduğu üzə çıxıb.

Feb 23, 2026 - 21:49
Rusiya Özbəkistan prezidentinin təyyarəsini vura bilərmiş - Nə baş verib?

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, “naməlum” sayılan və Rusiya Hərbi Hava Qüvvələrini hərəkətə keçməyə vadar edən Boinq-787 təyyarəsi Sülh Şurasında iştirak üçün ABŞ-da olan Şövkət Mirziyayevi geri gətirirmiş.

Teleqram kanalları isə anlaşılmaz iddia ilə çıxış edib. Bildirilib ki, Rusiya radar sistemləri təyyarəni “naməlum” olaraq qəbul etdiyindən, bu mülki təyyarə vurula da bilərmiş. (bakupost)