Müxalifət Gürcüstanda çevrilişə hazırlaşır? - Tbilisi merindən TƏCİLİ AÇIQLAMA
“Gürcü arzusu” partiyası müxalifətin ölkədə çevriliş və inqilab təşkil etmək bacarığının olmadığını bəyan edib.
SAVASHMEDİA.az gürcü KİBV-nə istinadən xəbər verir ki, bunu partiyanın baş katibi və Tbilisi meri Kaxa Kaladze parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra keçirilən brifinqdə deyib.
“Çevriliş edəndə cəmiyyətin və xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qruplaşma məğlub olub”, - Kaladze izah edib.
O, xəbərdarlıq edib ki, dövlət istənilən qeyri-qanuni addıma çox sərt reaksiya ilə cavab verəcək.
Xatirə SADİQ