Narinin həbsdə olan qardaşının ata-anası ilə telefon zarafatları - Türkiyə şokda + VİDEO
Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən Narin Güranın həbsdə olan qardaşı Enes Güranın atası və ailə üzvləri ilə telefonla danışdığı anlar cəmiyyətdə böyük əks-səda doğurub.
Həbsxanadan paylaşılan videoda Enes Güranın ailə üzvləri ilə telefonla danışdığı zaman zarafatlaşıb, güldüyü anlar öz əksini tapıb.
Zəng zamanı Enes atasına, "Vəkil mənə deyir ki, sənin burada nə işin var?" deyir. Atası isə cavabında "Tilov al, özün üçün balıq tut" deyərək istehza ilə gülür. Enes "balıq yoxdur, ata, havalandırma var" deyərək gülüşə qoşulur.
Digər bir zəngdə Enesin ağlaması, böyük qardaşı Baranın isə bu sözləri eşidilir:
"Ağlama, Enes. Bax, hamı dörd divarın arxasındadır, amma kim sənin kimi edir? Biz başqaları ilə də danışırıq, hamısı gülür, sən ağlayırsan. Sizin üçün 13 vəkil tutmuşuq. Mən səni çıxaracam. Sənə güvənim var, çünki o gün evdə idin deyə şübhəlisən. Nə edək, gedək Nevzatın ailəsini tamamilə öldürək? .
Xatırladaq ki, Diyarbəkirin Bağlar rayonunda itdikdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın işində 72 gündür qətlin səbəbi və qatilin şəxsiyyəti tapılmayıb.
(publika.az)