Narkotik bizdə 7 manatdır, başqa rayonda 10... - "102"-yə zəng etmişdi, tutuldu

Sərxoş halda Daxili İşlər Nazirliyinin "102"yə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

Feb 21, 2026 - 18:48
Narkotik bizdə 7 manatdır, başqa rayonda 10... - "102"-yə zəng etmişdi, tutuldu

SAVASHMEDİA.az "teleqraf"a istinadla xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V "102"yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.

O bundan başqa, digər rayonlarda narkotikin qiymətinin 10 manat olduğunu, Füzulidə isə 7 manata satıldığını bildirib.

Ç.V məhkəmədə özünü təqsirli hesab edərək, əməli sərxoş vəziyyətdə törətdiyini deyib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.

Məhkəmənin qərarına əsasən, barəsində İnzibati Xətəlar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilmiş şəxs səkkiz sutka inzibati qaydada həbs olunub.