“NATO-ya qoşulmuruqsa, bunu edəcəyik" – Zelenski 

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Dönald Trampla telefon danışığından bəhs edib. 

Feb 13, 2025 - 15:05
“NATO-ya qoşulmuruqsa, bunu edəcəyik" – Zelenski 

SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkələrdə yazıb. 

“Ukrayna hamıdan çox sülh istəyir. Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə birgə addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, let's get it done (gəlin, bunu həyata keçirək)”, - deyə Zelenski vurğulayıb.

Dünən isə “The Economist” ukraynalı prezidentlə böyük müsahibə dərc edib. 

Münhendə keçiriləcək təhlükəsizlik konfransında planlaşdırılan görüşlərdən danışan Zelenski bildirib ki, ABŞ-nin müharibəni bitirmək üçün hazır planının olmadığına əmindir, çünki belə bir plan “sırf Amerikasayağı” ola bilməz və Ukraynanın iştirakı olmadan yaradıla bilməz. 

Ukrayna prezidenti Trampın “Putin sülh istəyir” fikri ilə razılaşmayıb. Zelenski qeyd edib ki, məlumata görə, Rusiya 2025-ci ildə ordusunu 12-15 əlavə diviziya ilə genişləndirmək niyyətindədir və gələcəkdə onun digər Avropa ölkələrinə hücum etməyəcəyini istisna etmək olmaz.

Zelenski deyib ki, Ukrayna NATO-ya qoşulmasa və ya NATO-dan zəmanət almasa, o, Rusiya ordusunun sayına uyğunlaşmaq üçün ordusunun sayını iki dəfə artırmalı olacaq.

Xatirə SADİQ