"Neftçi"nin baş məşqçisi bu söyüşə görə cərimələnib - Bu da HƏMİN VİDEO

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XI turu çərçivəsində “Qarabağ” la oyununda (0:2) baş hakim Elçin Məsiyevi təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib.

Nov 14, 2025 - 17:36
"Neftçi"nin baş məşqçisi bu söyüşə görə cərimələnib - Bu da HƏMİN VİDEO

Klub isə baş məşqçinin bu davranışına görə 10 min manat cərimə ödəyəcək.

SAVASHMEDİA.az xəbər verir ki, ikinci hissənin əvvəlində hakim “Neftçi”nin qapısına penalti təyin edib. 

Abasov isə iddia edib ki, belə oyunlarda bu cür penaltilər verilmir. 

Matçdan sonra isə Bakı klubunun çalışdırıcısı stadionun dəhlizində hakimi təhqir edərək onun ünvanına söyüş işlədib.

Oğuz

Qalmaqala səbəb olan görüntüləri təqdim edirik: