Nəriman qərarını verdi, “Qarabağ”dan gedir – Qurbanov da razıdır

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflər var.

Nov 21, 2025 - 01:01
Nəriman qərarını verdi, “Qarabağ”dan gedir – Qurbanov da razıdır

SAVASHMEDİA.az xəbər verir ki, Nəriman özü də legioner həyatı yaşamağa can atır.

Gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanova bildirib.Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu Nərimanın diqqətinə çatdırıb. Amma uyğun şərtlərdə ayrılığa şərait yaradılacaq. Milli komandamızın üzvünün ölkəni tərk etmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, 21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb. 15 yaşından isə Ağdam klubunun akademiyasındadır. O, əsas komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. (sportinfo.az)