Oğlu əl-ayaqlarını bağlayıb çəlləyə... -Professorun ölümünün şok detalları + FOTO

Türkiyədə cəsədi tapılan professor Selahattin Doludenizin ölümü ilə bağlı şok detallar açıqlanıb.

Aug 12, 2025 - 23:11
Aug 12, 2025 - 23:16
Oğlu əl-ayaqlarını bağlayıb çəlləyə... -Professorun ölümünün şok detalları + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə ötən il sentyabrın 15-də Mersin şəhərində baş verib. 

Bələdiyyə işçiləri Bozyazı rayonu Ustalar məhəlləsindəki zibilxanada plastik çəlləyin içərisində əlləri və ayaqları bağlı çılpaq kişi meyiti tapıblar. Əraziyə polis cəlb edilib.

İlk müayinədə çürüməyə başladığı müəyyən edilən cəsəd morqa aparılıb. Tibbi ekspertiza nəticəsində meyitin Selçuk Universitetinin təqaüdə çıxmış professoru Selahattin Doludenize aid olduğu müəyyənləşib. Hadisə ilə bağlı araşdırma başladılıb. Araşdırma nəticəsində professorun oğlu Oğuz Doludeniz saxlanılıb. Oğul Doludeniz çıxarıldığı məhkəmədə ziddiyyətli ifadə səbəbindən həbs edilib.

Fotoda Selahattin Doludenize

İstintaqı yekunlaşdıran prokurorluq ittiham aktını hazırlayıb. 

Akta görə, Oğuz Doludeniz yalnız dəstəklə yeriyən, öz ehtiyaclarını qarşılaya bilməyən atasını evdə tək qoyaraq ölümə tərk edib. 10 gündən sonra qonşuları oğul Doludenizə zəng edərək evlərindən çox pis qoxu gəldiyini deyiblər.

Evə gələn Doludeniz atasının cəsədi ilə qarşılaşıb. Atasının ona pis davrandığını əsas gətirən Oğuz Doludeniz "torpağa belə layiq deyilsən deyərək" Selahattin Doludenizin qollarını və ayaqlarını kəndirlə bağlayıb. Onu plastik çəlləyə qoyub və öz doğum günün qeyd etməyə gedib. Səhəri gün dostunun doğum gününə və ondan sonra da piknikə yollanıb. Qonşular yenidən Oğuz Doludenizə zəng edərək pis qoxu gəldiyini bildiriblər.

Oğuz Doludeniz

İkinci zəngdən sonra Oğuz Doludeniz atasının cəsədini aparıb zibilxanaya atıb.

İttiham aktına əsasən, prokuror Oğuz Doludenizə 25 il həbs cəzası tələb edib. Yekun qərar Anamur Ağır Cinayətlər Məhkəməsində veriləcək.

Banu