Partlayışda xəsarət alanlar Vüqar Həşimovun valideynləri imiş
Xəbər verdiyimiz kimi, Novxanıda fərdi yaşayış evində partlayış olub.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
SAVASHMEDİA.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.