Sabunçu tunelindən daha bir cəsəd çıxarıldı - Yağış 2 can aldı + ADLAR
Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldən ikinci cəsəd çıxarılıb.
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
SAVASHMEDİA.az xatırladır ki, bundan öncə isə 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.