Rusiya bakılı dünya çempionunu axtarışa verdi - FOTO
Şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov (ekstremist və terrorçular siyahısına salınıb və Ədliyyə Nazirliyi tərəfindən xarici agent təyin edilib) beynəlxalq axtarışa verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məhkəmə sənədlərinə görə, Kasparov 2025-ci il dekabrın 1-dən beynəlxalq axtarışa verilib. O, terrora haqq qazandırmaqda ittiham olunur.
Qeyd edək ki, Kasparov Rusiyada ekstremist və terrorçular siyahısına salınıb və Ədliyyə Nazirliyi tərəfindən xarici agent təyin edilib.
Harri Kasparov