Paşinyanla arvadının bu görüntüləri tənqid olundu - "Anna kabab istədi" + VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanın bağ evində kabab çəkərək videonu sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmayıb.

Oct 5, 2025 - 23:26
Oct 5, 2025 - 23:29
Paşinyanla arvadının bu görüntüləri tənqid olundu - "Anna kabab istədi" + VİDEO

SAVASHMDİA.az-ın xəbərinə görə,  həyat yoldaşı Anna Akopyanın Çindən qayıtmasını qeyd etdiklərini vurğulayan Paşinyan videoda bunları deyib:

"Anna Çindən qayıdıb. O məndən kabab istədi, mən də onun istəyini yerinə yetirdim".

Görüntülərin Paşinyan ailəsinin Göyçə gölündəki bağ evində qeydə alındığı bildirilir.

Sözügedən video sosial şəbəkələrin erməni seqmentində tənqid olunub, Paşinyanın tez-tez mətbəx mövzularında paylaşım etməsinin dövlət başçısına yaraşmadığı vurğulanıb. 

Aytən İbrahimova

Həmin görüntüləri təqdim edirik: