Pentaqon rəhbərliyinə namizəd kimə 50 min dollar təklif edib?

Pentaqona rəhbərlik etməyə namizəd Pit Heqset özünə qarşı cinsi təcavüz iddiasını irəli sürən qadına məxfilik müqaviləsi çərçivəsində 50 min dollar ödədiyini etiraf edib. 

Jan 24, 2025 - 07:57
Pentaqon rəhbərliyinə namizəd kimə 50 min dollar təklif edib?

SAVASHMEDİA.az “CNN”ə istinadın xəbər verir ki, Heqset bu etirafı Senatın silahlı qüvvələr üzrə komitəsinin suallarına yazılı şəkildə cavab verdiyi zaman senatoru Elizabet Uorrenin cinsi təcavüz iddiası ilə bağlı sualına cavab verərkən bildirib. 

Heqset izah edib ki, bu sövdələşmə “Fox News”un aparıcısı kimi karyerasını ləkələmək cəhdlərinin qarşısını almaq üçün edilib, çünki bu iddia yalan olub.

Onun vəkili Tim Parlatore noyabr ayında “CNN”ə təsdiqləmişdi ki, müştərisi hadisədən illər sonra iddiaçıya pul ödəyib. Lakin Heqset onu komitəyə açıqlayana qədər vəsaitin məbləği ictimaiyyətə məlum deyildi.

Bundan öncə Heqset seksual zorakılıq iddiasını açıq şəkildə rədd edirdi və bunu “qeyri-xoş bəyanat” adlandırırdı. 

“Amerikanın səsi” xəbər verir ki, senatorlar cümə axşamı “Fox News”un keçmiş aparıcısı və hərbi veteran Pit Heqsetin prezident Donald Tramp administrasiyasında müdafiə naziri vəzifəsinə namizədliyinə səs veriblər. Müzakirələri bitirmək üçün prosedur tədbiri üzrə səsvermə zamanı 51 senator onun lehinə, 49-u əleyhinə olub. Onun namizədliyi ilə bağlı yekun səsvermə bu gün keçirilnəlidir. 

Xatirə SADİQ