Pərviz Bülbülə və Baləli dəfnə gəlmədilər - Xəyyam ölümündən öncə kimlərin adını çəkmişdi?
Ötən gecə uzun sürən xəstəlikdən vəfat edən Xəyyam Əhmədli bu gün kənd Əhmədli qəbiristanlığında dəfn edilib.
SAVASHMEDİA.az-ın məlumatına görə, dəfn mərasiminə mərhumun qohumları və yaxınları ilə yanaşı meyxanaçının sənət yoldaşları da qatılıblar.
Yas və dəfn mərasimlərindən lentə alınmış kadrlardan da göründüyü kimi mərhum meyxanaçı ilə vidalaşmaq üçün onun sənət yoldaşları Namiq Qaraçuxurlu, Orxan Lökbatanlı, Mehman Əhmədli, Oqtay Kamil, Ələkbər Yasamallı, Yaşar və digərləri qəbiristanlığa toplanıblar.
Diqqət çəkən məqamlardan biri isə Baləli və Pərviz Bülbülənin yas və dəfn mərasimlərində görünməmələridir. Hər halda internet resurslarında yerləşdirilmiş görüntülərin heç birində Baləli və Pərviz Bülbülə görünmür.
Xatırladaq ki, ölümündən bir qədər öncə müsahibə verən Xəyyam Əhmədli zamanında dəstək verdiyi bəzi meyxanaçıların indi onu axtarmadığını demişdi.
Verilişlərin birində isə aparıcı Xəyyam Əhmədlinin adından onun yanına gəlməyənlərlə bağlı konkret adlar çəkmişdi:
"Xəyyam Əhmədli deyib ki, Baləli və Pərviz Bülbülə ümumiyyətlə onun yanına gəlməyib. Aqşin Fateh isə 1 manat da pul göndərməyib".
Oğuz