Polis məşhur yazıçıya silahla xəsarət yetirdi - VİDEO

Los-Anceles polisi “Weezer” qrupunun oranjimançısı, musiqiçi Skot Şraynerin xanımı, məşhur yazıçı Cillian Loreni güllələyib.

Apr 28, 2025 - 14:53
Polis məşhur yazıçıya silahla xəsarət yetirdi - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, polis qadının çiynindən silahla vurulduğu anın görüntülərini yayıb.
Görüntülərdə qadının əlində silahla evinin bağçasına doğru irəlilədiyi əks olunub. 

Polis idarəsindən verilən məlumata görə, polislər qaçan üç silahlı şübhəlini ələ keçirmək üçün həmin bölgədə əməliyyat keçirib.Bu zaman 51 yaşlı yazıçının əlində silahla getdiyini görüblər, ondan silahı yerə atmasını tələb ediblər.C.Loren isə polisə atəş açıb. Bundan sonra polislər onu silahla yaralayıblar.

Cillian Loren polislərin silahlı oğrular olduğunu düşündüyü üçün atəş açdığını bildirib. Yazıçının vurulduğunu polis şöbəsinə qonşuları xəbər veriblər. Onlar da qadını vuranın oğrular olduğunu düşünüblər. 

Məsələ aydınlaşdırıldıqdan sonra Cillian Loren polisə atəş açdığına görə cərimələnib, lakin sərbəst buraxılıb.

Banu

yazıçı Cillian Loren