Prezident Afaq Bəşirqızını təltif etdi - SƏRƏNCAM

Xalq artisti Afaq Bəşir qızı Səfərova (Bəşirqızı) “Şərəf” ordeni ilə təltif edilib.

Aug 14, 2025 - 13:26
Prezident Afaq Bəşirqızını təltif etdi - SƏRƏNCAM

SAVASHMEDİA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, avqustun 15-də Xalq artistinin 70 yaşı tamam olur.