"Pulu gizlət də, özünü də işə salacaqsan, məni də" - O sürücü saxlanıldı + VİDEO

Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.

May 26, 2025 - 19:03
"Pulu gizlət də, özünü də işə salacaqsan, məni də" - O sürücü saxlanıldı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılıb və barəsində protokol tərtib edilib. 

Məlumata görə, sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb. 

YPX əməkdaşı ilə sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb. Məlum olub ki, yol polisi sürücüdən pul istəməyib.

S.Məmmədov əməlini etiraf edib və həbs olunub.