Putin gecə ilə Kremlə qayıtdı - Nə baş verib? + VİDEO
Rusiya prezidenti Vladimir Putin yanvarın 24-nə keçən gecə gözlənilmədən Kremlə gəlib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə “Putin Telegram-da” teleqram kanalı məlumat yayıb.
Məlumatına görə, Putin ABŞ prezidenti Donald Trampla telefon danışıqlarına hazırlaşır.
Qeyd edək ki, bir müddət əvvəl D.Tramp Davos İqtisadi Forumunun iştirakçılarına videomüraciətində Putinlə təcili olaraq telefonla danışmaq istəsiyini bildirmişdi.
Rusiya mətbuatı prezident kortejinin Kremlə doğru getdiyini əks etdirən videonu yayıb.
Həmin görüntüləri təqdim edirik: