"Putin səhər mənə zəng etdi, çox uzun danışdıq" - Tramp 

ABŞ Prezidenti Tramp bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığını təsdiqləyib.

Jun 14, 2025 - 22:39
"Putin səhər mənə zəng etdi, çox uzun danışdıq" - Tramp 

SAVASHMEDİA.az xəbər verir ki, o, V.Putinin bu səhər zəng etdiyini bildirib.

D.Tramp qeyd edib: "Putin səhər zəng edib mənim doğum günümü təbrik etdi. Amma daha önəmlisi, onun çox yaxşı tanıdığı bir ölkə - İran haqqında danışdıq. Çox uzun danışdıq. Rusiya-Ukrayna məsələsinə az vaxt sərf etdik, çünki bu, gələn həftənin söhbətidir".

ABŞ Prezidenti fikrini belə yekunlaşdırıb: "O, mənim kimi, bu İsrail-İran müharibəsinin bitməli olduğuna inanır və mən izah etdim ki, onun Ukrayna ilə müharibəsi də bitməlidir".