Putin Trampı Valdaydan təbrik etdi - "Amma zəng etməyəcəm, çünki..."
Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı qələbəsi münasibətilə təbrik edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya prezidenti “Valday” klubunun iclasında çıxışı zamanı bildirib.
“Fürsətdən istifadə edərək, seçilməyi münasibətilə təbrik etmək istəyirəm”, - Putin deyib.
O əlavə edib ki, Trampa zəng etməyi utancverici hesab etmir.
“Mən bunu etmirəm, çünki Qərb dövlətlərinin liderləri müəyyən mərhələdə, demək olar ki, hər həftə mənə zəng vururdular, sonra qəfil dayandılar. Yaxşı, istəmirlər, heç lazım da deyil”, - deyə Putin mövqeyini izah edib.
Bundan öncə prezidentin mətbuat katibi Dmitri Peskov öz rəhbərinin qeyri-rəsmi şəkildə Trampa “tanışları vasitəsilə” təbrik göndərməsi barədə xəbərləri təkzib edib.
Qeyd edək ki, Trampın qalib gəldiyi məlum olanda Peskov bildirmişdi ki, Putinin Trampı təbrik etməyi planlaşdırıb-planlaşdırmadığını bilmir, çünki söhbət Rusiyaya qarşı birbaşa və dolayısı ilə müharibədə iştirak edən dost olmayan ölkədən gedir. Lakin bir gün sonra Kremlin sözçüsü deyib ki, Rusiya prezidenti Amerika hakimiyyəti ilə təmaslara və dialoqa açıqdır. O, həmçinin Putinlə Tramp arasında söhbətin inauqurasiyadan əvvəl baş tuta biləcəyini də istisna etməyib.
Xatirə SADİQ