Putindən gözlənilməz etiraf
Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, istehsal olmasa, ölkə rəqabət qabiliyyətini itirəcək.
SAVASHMEDİA.az xəbər verir ki, o, bunu jurnalisti Pavel Zarubinlə söhbətində deyib.
Putinin sözlərinə görə, Rusiya öz sənayesini, o cümlədən avtomobil sənayesini inkişaf etdirməsə, rəqabət qabiliyyətini və onunla birlikdə suverenliyini itirəcək.
Putin etiraf edib ki, hökumətdə bir çoxları avtomobil istehsalından imtina etməyi zəruri hesab edir, çünki Rusiya Federasiyasının bu sahədə xüsusi uğurları yoxdur.
“Ancaq məsələnin başqa, arxa tərəfi də var. Əgər biz istehsaldan tam imtina edəriksə, o zama texnoloji müstəqillikdən də danışmamalıyıq. Əgər biz hər şeyi neft və qazdan əldə edilən gəlirlə alsaq, Rusiya suverenliyini itirəcək", - prezident vurğulayıb.
"Ona görə də mən hələ də hər şeyi xaricdən almağı təklif edənlərlə razılaşmadım və biz öz avtomobil sənayemizi inkişaf etdirməyə başladıq", - o, yekunlaşdırıb.
Səlcuq