Putinin salamını almadılar, zalı tərk etdilər - Daşkənddə nə baş verib?
Özbəkistanda keçirilən investisiya forumunda ABŞ və Avrioa İttifaqı (Aİ) nümayəndələri Rusiyaya qarşı siyasi demarş nümayiş etdiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun özbək xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya baş nazirinin müavini Aleksandr Novak forumda söz alaraq Putinin “alovlu salamlarını” çatdıran kimi ABŞ və Aİ ölkələrinin əksər siyasi və biznes nümayəndələri etiraz əlaməti olaraq zalı tərk ediblər.
Həmin nümayəndələrin arasında ABŞ, Böyük Britaniya, Polşa, Latviya və Litva nümayəndə heyətlərinin üzvləri olub.
Avropalı diplomatlardan biri bunu “siyasi demarş” adlandırıb.
“Azadlıq Radiosu qeyd edib ki, Rusiya rəsmi şəxsləri 2022-ci ildən bəri ilk dəfədir Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edirlər.
Xatirə SADİQ