“Putinlə heç bir danışıq olmayacaq” – Kamala Harrisdən Ukraynaya möhtəşəm dəstək
ABŞ-nin vitse-prezidenti, prezidentliyə namizəd Kamala Harris Rusiya prezidenti Vladimir Putinlə Ukraynaya mövzusunda danışıqlar aparmaq üçün ikitərəfli görüşə razı olmayacağını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Kamala Harris bu barədə CBS telekanalına müsahibəsində deyib.
O, Putinlə görüş ehtimalından danışarkən bildirib: “Xeyr, Ukraynanın iştirakı olmadan Rusiya ilə ikitərəfli görüşdən söhbət gedə bilməz. Ukrayna öz gələcəyi ilə bağlı söz haqqına malik olmalıdır”.
Vitse-prezident qeyd edib ki, hazırda ABŞ Ukraynanın özünü Rusiyanın təcavüzündən qorumaq imkanlarını dəstəkləyir.
Ukraynanın NATO-ya üzvlüyünün mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən Harris deyib ki, bu, növbəsi çatanda məşğul olacağımız məsələlərdir.
O, nəzərə çatdırıb ki, əgər onun respublikaçı rəqibi Donald Tramp prezident olsaydı, Putin hazırda Kiyevdə oturardı:
“Gəlin bunu aydınlaşdıraq. Tramp deyir ki, müharibəni prezidentliyinin birinci günündə bitirə bilər. Bunun nə demək olduğunu bilirsinizmi? Söhbət təslim olmaqdan gedir”.
Xatirə SADİQ