"Qarabağ" - "Çelsi" matçını Ertem Şener şərh edəcək - “CBC Sport” "hə" dedi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçını şərhi üçün “CBC Sport” türkiyəli məşhur şərhçi Ertem Şenerlə danışıqlara başlamışdı.

Nov 5, 2025 - 16:09
"Qarabağ" - "Çelsi" matçını Ertem Şener şərh edəcək - “CBC Sport” "hə" dedi

Məlumata görə, artıq danışıqlar uğurla başa çatıb və beləliklə, matçın şərhində Ertem Şener də iştirak edəcək.

Qeyd edək ki, qarşılaşma bu gün saat 21:45-də start götürəcək. Matçın digər şərhçisi isə Pərviz Musayev olacaq. (teleqraf)